Aptek müdiri

Dünən

İşin təsviri

· İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;

· ­ Aptekdə dərmanların iadəsinə nəzarət;

· ­ Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;

· ­ Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;

· ­ Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;

· ­ Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;

· ­ Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;

· ­ Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;

· ­ Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;

· ­ Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;

· ­ Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;

· ­ Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;

· ­ Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər

· Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);

· Müvafiq sahədə 3 il iş təcrübəsi;

· 1C proqram biliyi.