İşin təsviri
- Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
- İlkin (Primary Research) və ikincili (Secondary Research) məlumat mnbələrindən istifadə edərək bazarın ümumi tutumunun, seqmentlərinin və paylarının analizi;
- Sahə üzrə dövrü hesabatların( məsələn: IQVIA, rəsmi statistika hesabatları və s.) və mikroiqtisadi göstəricilərin analizi;
- Analiz nəticələrinin rəhbərliyə rahat və anlaşıqlı formada təqdim edilməsi üçün məlumatların vizuallaşdırılması;
- Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
- Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
- Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
- Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
- Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
- Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, Statistika üzrə təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan dili biliyi, Rus ,ingilis dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- SPSS, SAS, Excel kimi analitika alətlərində işləmək bacarığı,Power BI,Tableu və ya bənzər məlumat vizuallaşdırılması alətləri ilə işləmək üstünlükdür.
- Araşdırma və tədqiqat bacarıqları;
- Statistikada nümunələri qeyd etmək bacarığı;
- Təşkilati və təqdimat bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.