Kateqoriya üzrə menecer

İşin təsviri

Təsvir

• Kateqoriya menecmenti şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi;

• Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət;

• Ticarət kateqoriyalarının inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;

• Kateqoriyalar üzrə satış, gəlirlilik, marja, dövriyyə və digər əsas göstəricilərin təhlili;

• Məhsul çeşidinin formalaşdırılması və optimallaşdırılması;

• Effektiv olmayan və aşağı dövriyyəli məhsulların müəyyən edilməsi və çeşiddən çıxarılması ilə bağlı təkliflərin hazırlanması;

• Yeni məhsulların çeşidə daxil edilməsi və onların satış potensialının qiymətləndirilməsi;

• Məhsullar üzrə qiymət siyasətinin hazırlanması və bazardakı rəqiblərin qiymətlərinin monitorinqi;

• Endirim və kampaniyaların hazırlanması, nəticələrinin təhlili və effektivliyinin qiymətləndirilməsi;

• Satış və mənfəət planlarının kateqoriyalar üzrə hazırlanması və icrasına nəzarət;

• Məhsul qalıqlarının və stokların effektivliyinin təhlili, artıq və aşağı dövriyyəli qalıqların azaldılması üzrə tədbirlərin hazırlanması;

• Əsas məhsullar üzrə çatışmazlıqların qarşısının alınması və məhsul mövcudluğunun təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

• Təchizatçılarla kommersiya şərtlərinin müzakirəsində iştirak etmək;

• Təchizatçılar üzrə alış qiymətləri, bonuslar, retrobonuslar və digər kommersiya şərtlərinin təhlili;

• Rəqiblərin fəaliyyətinin, bazar tendensiyalarının və istehlakçı tələbatının monitorinqi;

• Yeni və mövcud apteklər üzrə çeşid, qiymət və kateqoriya strategiyasının hazırlanmasında iştirak;

• Şöbənin fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

• Kateqoriya menecerlərinin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və nəticələrinin KPI-lar əsasında izlənilməsi;

• Kateqoriya menecmenti, satış, marketinq, satınalma, logistika və maliyyə şöbələri arasında effektiv əməkdaşlığın təmin edilməsi.

Tələblər

· Ali təhsil — iqtisadiyyat, marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə;

· Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;

· Azərbaycan dilini səlis bilməsi, rus və ingilis dillərini bilməsi üstünlükdür;

· 1C və MS Office proqramların yüksək səviyyədə bilməsi;

· Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);

· Kateqoriya menecmenti, çeşid siyasəti, qiymətlərin formalaşdırılması, marjanın idarə edilməsi və kampaniyaların təşkili prinsiplərini yaxşı bilməsi;

· Satış və maliyyə göstəricilərinin təhlili üzrə güclü analitik bacarıqlar;

· Liderlik və komanda idarəetmə bacarığı;

· Nəticəyönümlülük və yüksək məsuliyyət;

· Təşəbbüskarlıq, sistemlilik və yüksək təşkilatçılıq qabiliyyəti.