Marketinq üzrə Mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Şirkətin əməkdaşlıq etdiyi marketplace və delivery platformalarının gündəlik idarə olunmasını təmin etmək, məhsulların, qiymətlərin, şəkillərin və kampaniyaların platformalarda düzgün əks olunmasına nəzarət etmək.
  • Marketplace platformalarına yeni məhsulların və apteklərin əlavə olunmasını, inteqrasiyasını və texniki uyğunluğunu koordinasiya etmək.
  • Marketplace və delivery platformaları üzrə apteklərdən və tərəfdaşlardan daxil olan texniki və əməliyyat problemlərinin operativ həllini təşkil etmək.
  • Platformaların inkişafına yönəlmiş fəaliyyətləri (bannerlər, reklam imkanları, kampaniyalar və digər inkişaf alətləri) planlaşdırmaq və icra etmək.
  • Şirkətin əməkdaşlıq etdiyi marketplace və delivery platformalarının qurulması, inteqrasiyası, gündəlik idarə olunması və davamlı inkişafını təmin etmək.
  • Şirkətin loyallıq proqramlarının gündəlik əməliyyat fəaliyyətlərini idarə etmək, apteklərdən və istifadəçilərdən daxil olan sorğuları koordinasiya etmək, kampaniyaların düzgün tətbiqinə nəzarət etmək, aylıq support və analitik hesabatları hazırlamaq.
  • Şirkətin tərəfdaş loyallıq proqramları üzrə inteqrasiya proseslərini koordinasiya etmək, gündəlik supportu təmin etmək və hesabatlar hazırlamaq.
  • Sosial Tərəfdaş layihəsi və gələcəkdə həyata keçiriləcək analoji layihələr üzrə aylıq kommunikasiya planlarının hazırlanmasını, promo materiallarının koordinasiyasını, layihələrin monitorinqini və hesabatlandırılmasını həyata keçirmək.
  • CRM, Visa, Mastercard və digər rəqəmsal layihələrin tətbiqi zamanı inteqrasiya proseslərində iştirak etmək, gündəlik əməliyyat fəaliyyətlərini koordinasiya etmək və davamlı supportunu təmin etmək.
  • Rəqəmsal platformalar üzrə analitik məlumatları toplamaq, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Aidiyyəti şöbələr (Satış, İT, Aptek Əməliyyatları, Müştəri Xidmətləri və s.) və tərəfdaş şirkətlərlə koordinasiyalı işləmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya digər müvafiq sahələr üzrə).
  • Marketinq, rəqəmsal marketinq, e-commerce, marketplace və ya layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi.
  • Marketplace platformaları, loyallıq proqramları və ya rəqəmsal layihələrin idarə olunması üzrə təcrübə üstünlük hesab olunur.
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı.
  • Google Sheets, Google Analytics, Meta Business Suite və digər rəqəmsal platformalar üzrə işləmək bacarığı üstünlükdür.
  • Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarığı.
  • Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları.
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
  • Komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • Tibbi sığorta və nahar;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.

Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron poçt ünvanına göndərə bilərlər.