Operator (Call Center)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Zeytun Pharmaceuticals” şirkəti Operator (Call Center) axtarışındadır.

Vəzifə funksiyaları:

  • Onlayn platforma üzərindən daxil olan sifarişləri sistemdə qəbul etmək, məlumatların dəqiqliyini yoxlamaq;
  • Sifarişin mövcudluğunu müvafiq aptek filialı ilə dəqiqləşdirmək;
  • Logistika prosesini təşkil etmək: Uyğun kuryer xidmətini (məsələn: Wolt, Bolt və s.) təyin edərək sifarişin müştəriyə çatdırılmasını təmin etmək;
  • Sifarişlərin icra vəziyyətinə (statusuna) mütəmadi nəzarət etmək, gecikmə və ya uyğunsuzluq hallarında operativ müdaxilə etmək.
  • Daxil olan zəngləri korporativ etik qaydalar çərçivəsində cavablandırmaq və şifahi sifarişləri qəbul edərək sistemdə rəsmiləşdirmək;
  • Müştərilərə dərman vasitələri və aptek məhsulları haqqında ilkin (qeyri-tibbi) məlumat vermək;
  • Zəruri hallarda müştərinin daha peşəkar əczaçı məsləhəti almasını təmin etmək və ya müvafiq mütəxəssisə yönləndirmək.

Tələblər

  • Tibbi sahə üzrə orta ixtisas və ya ali təhsil (Əczaçılıq və ya tibb bacısı/qardaşı ixtisası olması üstünlükdür);
  • Müvafiq sahədə (aptek və ya müştəri xidmətləri) təcrübə olması arzuolunandır;
  • Dinamik iş mühitində çalışma bacarığı;
  • İşə qarşı məsuliyyətli və dürüst yanaşma;
  • Kollektiv daxilində effektiv ünsiyyət qurma bacarığı;
  • Verilən təlimatları və yeni sistemləri (proqram təminatlarını) sürətli qavrama;
  • İş rejiminin tələblərinə və vaxt idarəçiliyinə ciddi riayət etmək (punktuallıq).

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 600 AZN

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “Operator (Call Center)” qeyd etməyiniz xahiş olunur.

Əlaqə: 0512251598