İşin təsviri
- Ali təhsil müvafiq sahədə;
- Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi (FMCG və ya Pharma sektorunda təcrübəyə üstünlük verilir)
- Sərbəst Azərbaycan, Rus və İngilis dili bilikləri;
- Microsoft Excel (Pivot Table, Data Analysis, Report hazırlama)
- Analitik düşüncə tərzi,hesabatlılıq səriştələri;
- Bazar analizi bacarığı – satış datasının analizi, kampaniya effektivliyi və rəqib qiymət analizi
- Dəqiqlik, operativlik, problem həlletmə bacarığı
Əsas öhdəliklər:
- Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
- Ticari Marketinq fəaliyyətinin idarə edilməsi;
- Satışın artırılması məqsədi ilə kampaniyaların hazırlanması və apteklər üçün xüsusi aksiyaların təşkil olunması;
- Bazarın və rəqiblərin tədqiqatı , bazarın iqtisadi durumunun qiymətləndirilməsi;
- Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
- Məhsul kateqoriyalarına uyğun fərqli ticari yanaşmaların tətbiqi;
- Aptek şəbəkələrinin performans analizi, satışa təsir edən regional fərqliliklərin müəyyənləşdirilməsi;
- Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə idxal, marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
- Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlanması və rəhbərinə təqdim edilməsi.
İş şəraiti:
- İş yeri – Begoc Biznes Mərkəzi;
- 5 günlük iş qrafiki;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Rəqabətqabiliyyətli əmək haqqı 2000-3000 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.