

Şirkət haqqında
Access Bank Vakansiya
AccessBank 2002-ci ildən etibarən Azərbaycanda kiçik və orta bizneslərə maliyyə dəstəyi verən aparıcı banklardan biridir. Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası kimi tanınmış maliyyə qurumları yer alır. Hazırda AccessBank müxtəlif sahələrdə – tikinti, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sektorlarında fəaliyyət göstərən müştərilərinə xidmət göstərir. Bankın ölkə üzrə 28 filialı mövcuddur, onlardan 15-i paytaxtda, 13-ü isə bölgələrdə yerləşir.
Bank 29 oktyabr 2002-ci ildə “Azərbaycan Bank Mikromaliyyə” adı ilə fəaliyyətə başlayıb və 8 sentyabr 2008-ci ildən “AccessBank” adı altında xidmət göstərir. Hazırda bankın Bakı, Abşeron və digər regionlarda ümumilikdə 30 filialı fəaliyyət göstərir.
AccessBank-ın əsas məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinə, həmçinin aşağı və orta gəlirli insanlara maliyyə xidmətləri təqdim etməkdir. Fitch beynəlxalq reytinq agentliyi bankı yüksək etibarlılığa malik maliyyə qurumu kimi dəyərləndirərək ona “BB+” reytinqi verib. Bundan əlavə, Global Finance (2011), Euromoney (2010–2011) və The Banker nəşrləri bankı müxtəlif illərdə Azərbaycanın ən yaxşı bankı və ilin bankı kimi tanıyıb.
2005-ci ildən etibarən bank öz xidmət spektrini genişləndirərək əmanət hesabları təqdim etməyə başlayıb. 2006-cı ildən etibarən isə müştərilərinə bankdaxili plastik kartlar, istehlak kreditləri və VİSA kartları təqdim etməyə başlayıb. 2008-ci ildən etibarən isə çip texnologiyası ilə təchiz olunmuş plastik kartlar da məhsul çeşidinə əlavə edilib.
Access Bank vakansiyalarını saytımızda rahatlıqla tapa bilərsiniz.
AccessBank Vakansiyalar və İş Elanları 2025
Access Bank vakansiyalar axtarırsınız? JobU platforması olaraq sizlərlə en son access bank vakansiya və iş elanlarını paylaşırıq. Access Bank vakansiyalar və iş elanları üçün səhifəmizə nəzər sala bilərsiniz. Siz ixtisasınıza ən uyğun olan Access Bank is elanlari arasından istədiyiniz vakansiyanı seçərək müraciətinizi asanlıqla edə bilərsiniz. Bütün Access Bank vakansiyaları və iş elanları üçün saytımıza keçid edin.