Azərbaycan Hava Yolları (AZAL)

azal@jobu.az
Vakansiyalar - 15

Şirkət haqqında

“Azərbaycan Hava Yolları” QSC – Azal Vakansiya

“Azərbaycan Hava Yolları” (AZAL) MDB ölkələri arasında ən böyük aviadaşıyıcılardan biri olmaqla yanaşı, ən müasir hava gəmiləri parkına malikdir və aviasiya sahəsində lider mövqeyə sahibdir. Sərnişinlərə göstərdiyi yüksək xidmət keyfiyyəti ilə mülki aviasiya sənayesinin öncül şirkətləri sırasında yer alır. Bu, “Skytrax” beynəlxalq reytinqində qazandığı yüksək mövqelərlə təsdiqlənir. Azərbaycan 1992-ci ilin aprelində müstəqilliyini əldə etdikdən sonra hökumətin qərarı ilə ölkədə aviasiya sahəsinə cavabdeh dövlət qurumu – “Azərbaycan Hava Yolları” Dövlət Konserni təsis edilmişdir. 2008-ci ilin aprelində isə Azərbaycan Prezidentinin sərəncamına əsasən konsern yenidən təşkil olunaraq “Azərbaycan Hava Yolları” QSC adını almışdır.

AZAL İş Elanları

JobU platforması olaraq AZAL karyera imkanı axtaran namizədlər üçün ən son AZAL vakansiya elanlarını sizlərə təqdim edirik. Saytımızdan aktual AZAL vakansiyalar ilə tanış ola bilərsiniz. Sizə uyğun AZAL vakansiyalarını seçdikdən sonra siz istər platformamız vasitəsilə, istərsə də birbaşa olaraq AZAL cv gonder üsulu ilə seçdiyiniz vakansiyaya müraciət edə bilərsiniz. AZAL vakansiya 2025 və iş elanları üçün səhifəmizə nəzər salın.