

Şirkət haqqında
AYNA Vakansiyalar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs olaraq yaradılmışdır. Bu agentlik, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir və ölkədə avtomobil nəqliyyatı sahəsində tənzimləmə və nəzarəti həyata keçirir.
Agentlik, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki bir çox müəssisənin fəaliyyətini koordinasiya edir və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, beynəlxalq müqavilələrə uyğun olaraq avtomobil nəqliyyatı ilə daşımalara nəzarət edir. Həmçinin, yerli sərnişin və yükdaşımaları, avtomobil nəqliyyatı xidmətləri sahəsində ehtiyacları təmin etmək məqsədilə tənzimləmə işləri aparır.
19 aprel 2023-cü il tarixli fərmana əsasən, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və nəzarət proseslərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Agentlik, Bakı Nəqliyyat Agentliyi ilə birləşərək, daha geniş fəaliyyət sahəsinə malik olub, yol hərəkəti və sərnişindaşıma sahələrində tənzimləmələri həyata keçirir.
Neqliyyat Agentliyi Vakansiya və İş Elanları
JobU platformamız vasitəsilə siz AYNA – nəqliyyat agentliyi vakansiyalar və iş elanları haqqında məlumat ala bilər, istədiyiniz vakansiyaya müraciətinizi rahat bir şəkildə həyata keçirə bilərsiniz. AYNA vakansiyalar və iş elanları üçün səhifəmizə nəzər sala bilərsiniz.