Şirkət haqqında
Azintelecom Vakansiya
AzInTelecom MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən və üç əsas xidmət sahəsinə fokuslanmış bir şirkətdir. Şirkət, rəqəmsal dünyada müştərilərinə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi əsas məqsəd olaraq müəyyən edib. AzInTelecom MMC-nin fəaliyyət strategiyası, insan dəyəri, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental prinsiplər ətrafında formalaşdırılmışdır. Bu prinsiplər, həmçinin şirkətin loqotipinin və korporativ rənglərinin yaradılmasında da əsas meyarlar kimi qəbul edilmişdir və şirkətin gələcək planlarına uyğun şəkildə tətbiq edilmişdir.
AzInTelecom MMC-nin xidmət sahələri, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili sahəsində AzInTelecom MMC-nin fəaliyyətinin məqsədi, Azərbaycan Respublikası ilə dünya ölkələri arasında yüksək keyfiyyətli və alternativ səs trafiki mübadiləsinin təmin edilməsidir. Trafik mübadiləsinin optimallaşdırılması üçün şirkət, IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) yaratmışdır. Bu mərkəz, beynəlxalq zənglərin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçimlərini təkmilləşdirməyi, IP-əsaslı səs kanallarının təşkilini və həm ölkədaxili, həm də beynəlxalq əlaqələrdə alternativ arabağlantı təmin edir.
Sertifikatlaşdırma xidmətləri, telekommunikasiya vasitələrinin və qurğularının, ölkənin qarşılıqlı əlaqəli şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə uyğun olub-olmamasını müəyyən etməkdən ibarətdir. Bu prosesin nəticəsi olaraq, AzInTelecom MMC istehsalçıların düzgün və standartlara uyğun avadanlıqları seçmələrinə kömək edir, bu da daxili bazarda sağlam rəqabətin artırılmasına və istehlakçıların hüquqlarının qorunmasına xidmət edir.
Yeni yaradılmış regional data mərkəzi, ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən verilmiş TIER III sertifikatları ilə təltif olunmuşdur və bu, dövlət, özəl və beynəlxalq səviyyədə “AZCLOUD” bulud xidmətlərini təqdim etməyə imkan verir.
Azintelecom Vakansiya 2025
Azintelecom vakansiya 2025 axtarırsınız? JobU platforması olaraq sizlərə ən son Azintelecom vakansiyalarını təqdim edirik. Saytımızda yer alan Azintelecom MMC is elanlari arasından ixtisasınıza uyğun olan vakansiyanı seçərək müraciətinizi həyata keçirə bilərsiniz. Siz Azintelecom vakansiyalar üzrə müraciətinizi istər saytımız üzərindən, istərsə də şirkətin rəsmi insan resursları mail adresindən istifadə etməklə həyata keçirə bilərsiniz.Ən son Azintelecom is elanlari üçün saytımızı nəzərdən keçirməyi unutmayın. Azintelecom vakansiya və elanları qaçırmamaq üçün davamlı olaraq saytımzı izləməyi və ən son vakansiyalar haqqında məlumat sahibi olmağı unutmayın.