Bank Respublika

respublikabank@jobu.az
Vakansiyalar - 10

Şirkət haqqında

Bank Respublika Vakansiya

Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində ölkənin mühüm maliyyə təsisatlarından birinə çevrilmişdir. Bank, geniş spektrli maliyyə xidmətləri təklif edərək müştərilərinə keyfiyyətli və etibarlı xidmətlər göstərir.

Bankın missiyası, Azərbaycan bank sektorunun mühüm iştirakçısı olaraq ölkənin maliyyə sabitliyini dəstəkləmək, vətəndaşlara maliyyə imkanlarını reallaşdırmaqda yardım etmək və Azərbaycan şirkətlərinə cəmiyyət üçün dəyər yaratmaq istiqamətində köməklik göstərməkdir. Bankın əsas strateji hədəfi, kiçik və orta biznes, eləcə də mikro kreditləşmə sahələrində lider bank olmaq və pərakəndə bankçılıq sahəsində ilk 5 bank sırasındakı mövqeyini qorumaqdır.

Bankın “Ofis24” xidməti 24/7 rejimində fəaliyyət göstərir, bu da müştərilərə gecə-gündüz xidmət almaq imkanı verir. Müştərilər və əməkdaşlar Bank Respublika üçün ən dəyərli kapitaldır.

Bank Respublika Vakansiya və İş Elanları 2025

Bank Respublika vakansiya və iş elanları JobU platformasında! Ən aktiv Bank Respublika vakansiya və iş fürsətləri saytımızda mövcuddur. Siz aktiv Respublika Bank vakansiya elanları arasından ixtisasınıza uyğun olan elana müraciət edərək iş fürsətlərini dəyərləndirə bilərsiniz. JobU platforması olaraq sizlərə ən son Bank Respublika iş elanlarını təqdim edirik. Digər bütün vakansiyalar üçün saytımıza nəzər salmağı unutmayın.