Kontakt Home

Vakansiyalar - 12

Şirkət haqqında

Kontakt Home Vakansiya 2025

Kontakt Home 2006-cı ildə “Kontakt Mobile” adı ilə fəaliyyətə başlayaraq, mobil telefonlar, aksessuarlar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağazasını açmışdır. 2013-cü ildən etibarən elektronika və məişət texnikası kateqoriyalarına mebel də əlavə edilmiş, bununla da yerli və xarici brendlərlə yanaşı, öz fabrikində istehsal olunan mebellərin satışı başlamış və “Home” konsepti tam formalaşmışdır.

15 ildən artıqdır ki, dürüst xidmət prinsipləri və “ən yaxşı” olma hədəfi ilə irəliləyərək güclü nüfuz qazanmışdır.

Hazırda Kontakt Home 47 filial və 1 onlayn mağaza ilə təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda ən böyük elektronika və mebel şəbəkələrindən biri kimi fəaliyyətini davam etdirir. Məhz bu səbəbdən “Kontakt – Sevindirir” sloqanını əsas prinsiplərindən biri kimi qəbul etmişdir.

Şirkət, komandası daxilində ən bacarıqlı və perspektivli şəxsləri seçərək onların karyera yüksəlişini dəstəkləməklə qürur duyur. Böyük komandaya qoşulmaq istəyənlər üçün sağlam və pozitiv iş mühiti, qarşılıqlı etibar və dəyərli təcrübə qazandırmağı hədəfləyir.

Kontakt Home İş Elanları

JobU platformasında ən son Kontakt Home vakansiyalar və iş elanlarını tapa bilərsiniz. Kontakt Home CV gondermek istəyənlər, platformamızda yer alan Kontakt Home iş elanları arasından özlərinə uyğun olan vakansiyanı seçərək müraciətlərini həyata keçirə bilərlər. Əgər siz də Kontakt Home vakansiya 2025 ilə bağlı maraqlanırsınızsa, səhifə üzərindən ən son Kontakt Home is elanlarini tapa bilərsiniz. Digər vakansiyalar üçün saytımıza keçid edə bilərsiniz.