Şirkət haqqında
OBA Marketlər Şəbəkəsi Vakansiya
2016-cı ildə fəaliyyətə başlayan OBA marketlər şəbəkəsi, gündəlik tələbat məhsullarını yüksək keyfiyyət və mümkün olan ən aşağı qiymətlərlə istehlakçılara təqdim etməyi əsas məqsəd kimi müəyyənləşdirib.
Azərbaycanda yüksək endirim (hard-discount) modelini ilk dəfə tətbiq edən bu şəbəkə, müştərilərinə 700-ə yaxın gündəlik tələbat məhsulu təklif edir. Satışda olan məhsulların əksəriyyətini şəxsi markalar (Private Label – PL) təşkil etsə də, eyni zamanda, dünya üzrə tanınmış brendlər də sərfəli qiymətlərlə alıcılara təqdim olunur.
OBA marketlər şəbəkəsi filiallarının sayını sürətlə artıraraq Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərməyi hədəfləyir. 2017-ci ilin birinci yarısında mağazalarının sayı ölkə üzrə 800-ə çatıb. Şəbəkənin sürətli inkişafı müştəri məmnuniyyəti, məhsulların keyfiyyəti və əlverişli qiymət strategiyası ilə əlaqələndirilir.
Bu marketlərdə məhsulların daha münasib qiymətlə satılması, onların istehsalçıdan birbaşa istehlakçıya vasitəçilər olmadan çatdırılması ilə izah olunur. Bundan əlavə, OBA marketlər dünya təcrübəsini tətbiq edərək, məhsulları xüsusi düzülüş olmadan, orijinal qutularında rəflərə yerləşdirir. Bu yanaşma əlavə işçilik xərclərinin qarşısını alaraq qiymətlərin daha əlverişli qalmasını təmin edir.
OBA marketlər şəbəkəsi, şəxsi markaları və topdansatış qiymətinə pərakəndə satış modeli ilə alıcılara sərfəli alış imkanları təqdim edir.
OBA marketlər şəbəkəsi davamlı olaraq OBA market vakansiya yayımlamaqla əməkdaşlarının sayısını artırır və bir çox insan üçün iş fürsəti yaradır.
OBA Vakansiya, OBA Market İş Elanları
JobU platforması olaraq sizlərə OBA market iş elanları və vakansiyalar tapmaq imkanı veririk. Saytımız vasitəsilə siz OBA marketlər şəbəkəsinin yayımladığı ən son OBA market vakansiya fürsətlərini tapa bilərsiniz. Siz özünüz üçün uyğun olan OBA market vakansiya elanlarından hər hansı birini seçərək rahatlıqla müraciətinizi edə bilərsiniz.