Şirkət haqqında
Omid Vakansiya 2025
OMİD MMC, 1994-cü ildən etibarən Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışında fəaliyyət göstərən ən böyük satış mərkəzlərindən biridir. Şirkət, ilk mağazasını Bakı şəhərində açaraq, sürətlə fəaliyyətini genişləndirmiş və bu günə qədər, Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində satış mərkəzlərinə sahibdir. OMİD MMC zəngin iş təcrübəsinə malikdir və müştəri məmnuniyyətini əsas prioritet olaraq müəyyən etmişdir. Təklif etdiyi məhsulların və xidmətlərin keyfiyyəti sayəsində, şirkət müştəri bazasını hər gün artırır.
OMİD MMC mağazalarında geniş məhsul çeşidi mövcuddur və bu məhsullar dünya standartlarına uyğun olaraq təmir və dizayn tələblərinə cavab verir. Şirkət, boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsulları ilə yanaşı, təmir prosesində istifadə edilən usta alətləri və texnikaları, istilik sistemləri, divar kağızları, çilçıraqlar, elektrik məhsulları, bağ-bağça əşyaları, məişət malları və ev aksesuarları təklif edir.
OMİD MMC, müştərilərin tələblərini sürətli və çevik şəkildə qarşılayaraq bir sıra yenilikləri həyata keçirmişdir. Mağazalarında quraşdırılmış FAB rəngləndirmə sistemi sayəsində alıcılar, istədikləri rəngdə boyanı yalnız 5 dəqiqə ərzində əldə edə bilirlər. Eyni zamanda müştərilərin daha rahat xidmət alması üçün 890 qısa nömrəsi istifadəyə verilmişdir. Bu nömrə vasitəsilə vətəndaşlar, istədikləri məlumatları asanlıqla əldə edə bilərlər.
OMİD MMC-nin əsas missiyası, keyfiyyətli məhsulları uyğun qiymətlərlə təklif etmək, əməkdaşlıq əlaqələrini genişləndirmək və çeşid çoxluğu ilə yüksək xidmət səviyyəsi təmin edərək, rahatlıq, güvən və etibar yaratmaqdır. Şirkət, davamlı inkişaf etməyi və öz brendini gücləndirməyi hədəfləyir.
Omid Vakansiya və İş Elanları 2025
Omid vakansiya 2025 axtarırsınız? JobU platforması olaraq sizlərə ən son Omid vakansiyalarını təqdim edirik. Saytımızda yer alan Omid is elanlari arasından ixtisasınıza uyğun olan vakansiyanı seçərək müraciətinizi həyata keçirə bilərsiniz. Siz Omid vakansiyalar üzrə müraciətinizi istər saytımız üzərindən, istərsə də şirkətin rəsmi insan resursları mail adresindən istifadə etməklə həyata keçirə bilərsiniz.
Ən son Omid is elanlari üçün saytımızı nəzərdən keçirməyi unutmayın. Omid vakansiya və elanları qaçırmamaq üçün davamlı olaraq saytımzı izləməyi və ən son vakansiyalar haqqında məlumat sahibi olmağı unutmayın.