

Şirkət haqqında
YELO Bank Vakansiya
Yelo Bank, 1993-cü ildən fəaliyyət göstərən və müştərilərinə müxtəlif bank xidmətləri təklif edən bir maliyyə qurumudur. Bank, yeni adı və korporativ üslubu ilə müştərilərə daha parlaq və rahat bankçılıq təcrübəsi təqdim etməyi hədəfləyir. “Yelo” adı, İngilis dilindəki “Yellow” (sarı) sözünün stilizə edilmiş versiyası olaraq bankın fərqli yanaşmasını və dinamik xidmət anlayışını simvollaşdırır.
Yeni korporativ stilin rəmzi olan sarı rəng, Yelo Bankın çevik, sürətli və müştəriyönümlü xidmət fəlsəfəsini əks etdirir. Bu yeniliklə, bank müştərilərə daha sadə və əlçatan xidmətlər təqdim etməyə çalışır. Rebrendinq prosesi tədricən həyata keçiriləcək və 2024-cü ilin aprel ayında tamamlamağı planlaşdırılır. Yeni loqotip və dizayn elementləri, ilk mərhələdə sənədlər və ünsiyyət vasitələrində əks olunacaq, sonradan isə bankın bütün xidmət nöqtələrinə tətbiq ediləcək.
YELO Bank Vakansiya və İş Elanları 2025
Yelo Bank vakansiyalar axtarırsınız? JobU platforması olaraq sizlərlə en son yelo bank vakansiyalari paylaşırıq. Yelo Bank vakansiyalar və iş elanları üçün səhifəmizə nəzər sala bilərsiniz. Siz ixtisasınıza ən uyğun olan Yelo Bank vakansiyalar arasından istədiyiniz vakansiyanı seçərək müraciətinizi asanlıqla edə bilərsiniz. Bütün Yelo Bank iş elanları və vakansiyalar üçün saytımıza keçid edin.