Korporativ satış üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

166 Yükdaşıma və Logistika şirkəti “Korporativ satış üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
  • Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.
  • Zəruri hallarda işgüzar səfərlərə (ezamiyyətlərə) çıxmağa hazır olmaq.

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi olmalı;
  • Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Güclü ünsiyyət bacarığı;
  • Kollektiv ilə işləmə bacarığı;
  • Şəxsi avtomobilinin olması üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: 1000 Azn + bonuslar;
  • Ünvan: Yeni Həyat Plaza (Zərifə Əliyeva küçəsi 55).

Uyğun namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı altında hr@166.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.