İşin təsviri
166 Yükdaşıma və Logistika şirkətinə “Anbardar köməkçisi” vakansiyası üzrə əməkdaş tələb olunur.
Tələblər:
- Anbar sahəsində iş təcrübəsi;
- Microsoft Excel proqramında baza səviyyəsində işləmək bacarığı (məlumatların daxil edilməsi, sadə cədvəllərin hazırlanması, filtr və sadə formul funksiyalarından istifadə);
- Microsoft Word proqramında sənədlərin hazırlanması və redaktə edilməsi bacarığı;
- Elektron poçt sistemləri (Outlook və ya Gmail) ilə işləmək bacarığı;
- 1C və ya digər ERP proqramlarında işləmək təcrübəsi üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Malların qəbulunda, boşaldılmasında və anbara yerləşdirilməsi prosesində iştirak etmək;
- Malların barkodlanmasını həyata keçirmək və onların anbar ünvanlarına uyğun şəkildə yerləşdirilməsini təmin etmək;
- Sifarişlərin yığılması və göndərişə hazırlanması prosesinə dəstək vermək;
- Anbar inventarizasiyası (sayım) proseslərində iştirak etmək;
- Anbardarın verdiyi gündəlik tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
- Anbarın səliqəli və təhlükəsiz saxlanılmasına dəstək olmaq.
İş barədə məlumat:
- 6 günlük iş qrafiki.
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
- Ünvan: Xırdalan şəhəri
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar köməkçisi” yazmaqla hr@166.az elektron ünvanına göndərməyiniz xahiş olunur.