Satınalmalar departamentinin Hesabatlıq və təhlil şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

İşin təsviri

ABB “Satınalmalar departamentinin Hesabatlıq və təhlil şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Satınalmalar üçün istifadə olunan sistemlərdən satınalma məlumatlarının toplanması, yoxlanılması və təhlili;
  • Həftəlik, aylıq, rüblük və illik əsasda satınalmalar üzrə analitik hesabat və təqdimatların hazırlanması;
  • Satınalmalar üzrə KPI hesabatlarının və analitik dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
  • Hesabatlarda məlumatların dəqiqliyinin, ardıcıllığının və etibarlılığının təmin edilməsi;
  • Məlumatların yoxlanılması zamanı kənarlaşmaların və trendlərin təhlili;
  • Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə imkanların müəyyən edilməsi;
  • Bankdaxili yoxlamalar zamanı satınalma məlumatlarının təqdim edilməsi üzrə dəstəyin göstərilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi, informasiya texnologiyaları və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dilini səlis bilən (ingilis və rus dilləri üstünlükdür);
  • Satınalma və analitika sahəsində minimum 1 il iş təcrübəsinə (müvafiq sertifikatların olması üstünlükdür);
  • ERP/satınalma sistemləri (SAP, Microsoft Dynamics 365, Ariba, 1C və s.) üzrə biliklərə;
  • Microsoft Excel üzrə yüksək səviyyədə biliklərə (pivot cədvəllər, formulalar, makrolar);
  • Microsoft PowerPoint, Prezi vasitəsilə təqdimat hazırlama bacarığına;
  • Qlik Sense, Power BI və ya oxşar vizual analitika alətləri ilə bağlı məlumatlılığa;
  • Dəqiqlik, diqqətlilik, məsuliyyət və analitik düşünmə qabiliyyətinə;
  • Məlumatları sadə və anlaşılan formada təqdim etmək bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.