İşin təsviri
- Baxılması üçün göndərilən kredit təkliflərinin nəzərdən keçirilməsi və müzakirə olunması;
- Müştərinin bankın və yerli qanunvericiliyin tələblərinə müvafiqliyinin yoxlanması üçün bütün kredit sənədlərinnin nəzərdən keçirilməsi və təhlili;
- Zəruri hallarda müştəriyə nəzarət baxışının, maliyyə təhlilinin və monitorinqlərin həyata keçirilməsi;
- Müəyyən olunmuş limitlərə uyğun kredit komitələrində iştirak etmək;
- Müxtəlif bank seqmentlərində tendensiyaların tədqiqi və təhlili;
- Alınmış sorğuların zamanında cavablandırılması.
Tələblər
- Biznes kreditləşməsi və ya problemli kreditlərin idarə olunması sahəsində ən azı 2 illik iş təcrübəsi;
- İnkişaf etmiş analitik bacarıqlar;
- Müştərilərin maliyyə hesabatlılığını başa düşmək, detallara diqqətlilik;
- Müştəri və Bankın filiallarını ziyarət etmək imkanı;
- Ünsiyyətçillik, iş qabiliyyəti, əzmkarlıq, tez öyrənmək bacarığı;
- Mükəmməl Azərbaycan dili biliyi, Rus və/və ya İngilis dili biliyi üstünlük sayılacaq;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı.