İşin təsviri
Təsvir
- Gündəlik, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasına dəstək göstərmək.
- Daxili informasiya sistemlərindən və Excel fayllarından məlumatları toplamaq, sistemləşdirmək və yeniləmək.
- Verilmiş kreditlər, ödənişlər və gecikmiş kredit qalıqları üzrə məlumatların izlənilməsində iştirak etmək.
- Məlumatların ilkin yoxlanılmasını aparmaq, çatışmayan və ya uyğunsuz məlumatları müəyyən etmək.
- Hesabat şablonlarını, Excel cədvəllərini və məlumat bazalarını yeniləmək.
- Cədvəllərin, qrafiklərin və sadə analitik xülasələrin hazırlanmasına dəstək göstərmək.
- Məlumatların üzləşdirilməsi və hesabatların hazırlanması proseslərində iştirak etmək.
- Hesabat fayllarının və sənədlərin sistemli şəkildə saxlanılmasını təmin etmək.
- Əlavə hesabat sorğularının icrasında mütəxəssisə dəstək göstərmək.
- Hesabatlılıq və məlumatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahələr üzrə sonuncu kurs tələbəsi və ya yeni məzun.
- İş təcrübəsi tələb olunmur.
- MS Excel və digər Microsoft Office proqramları üzrə baza bilikləri.
- Maliyyə sektoru, hesabatlılıq və məlumatların təhlili sahələrinə maraq.
- Riyazi və analitik düşünmə bacarığı.
- Detallara diqqət və dəqiqlik.
- Yeni bilik və texniki bacarıqlar əldə etməyə həvəs.
- Məlumatları sistemləşdirmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
- Azərbaycan dilində sərbəst bilik, ingilis dili biliyi üstünlükdür.