İşin təsviri
AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti “Ofis meneceri” vakansiyasını elan edir:
Digitale Agency komandası üçün yeni əməkdaş axtarılır! Rəqəmsal marketinq və reklam sahəsində fəaliyyət göstərən komandamıza ofis daxili prosesləri səmərəli idarə edə biləcək, məsuliyyətli və ünsiyyətcil xanım namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi;
- Rəsmi sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə paylanması;
- Poçt və kuryer vasitəsilə göndərişlərin təşkili və izlənməsi;
- Elektron poçt və gündəlik yazışmaların idarə olunması;
- Ofis daxili inzibati işlərin koordinasiyası və ümumi nəzarət;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil
- Xanım namizəd
- Əla səviyyədə azərbaycan dili (rus və ingilis dili üstünlükdür)
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Səliqəli görünüş və pozitiv ünsiyyət tərzi
- Yazılı və şifahi kommunikasiya bacarıqları
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Təşkilatçılıq qabiliyyəti və məsuliyyətlilik
- Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 10:00 – 19:00
- Əmək haqqı: 600 AZN (Net)