Vakansiya haqqında
-İllik aqrotexniki planın icrasına nəzarət etmək;
-Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;
-Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);
-Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;
-Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;
-Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq;
-Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
-Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;
-Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;
-Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;
-Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;
-Baş aqronomun verdiyi digər tapşırıqların icrası.
Tələblər
- Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil
- Aqronom vəzifəsində 2 il iş təcrübəsi
- Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
Üstünlük hesab olunur
- Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir
Oxşar elanlar
- UstaKaspi Tehsil Shirketi · 3 gün əvvəl
- Hazır Beton Məhsulları üzrə İstehsalat MeneceriHolcim · 3 gün əvvəl
- Montaj rejissoruİctimai Televiziya və Radio Yayımları Şirkəti · 3 gün əvvəl
- FəhləCONNEX · 3 gün əvvəl
- Elektrik (Caspian Plaza)AQA Şirkətlər Qrupu · 4 gün əvvəl
- Usta köməkçisiPrime Cotton · 4 gün əvvəl