Məzmuna keçin
Prime Cotton yerləşdirilib

Usta köməkçisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ustanın və Əyirici sahə rəisinin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;

Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;

Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;

Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;

İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;

Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;

Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;

Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək.

Tələblər:

Tələblər

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək
  • Təmir ediləcək avadanlığın, qurğunun və maşınların quruluşunu bilmək
  • İstifadə edilən ölçü alətləri və cihazların tətbiqi məqsədləri, xüsusiyyətləri və qaydalarını bilmək
  • Avadanlıqların təmiri, montajı və quraşdırılması üzrə texnoloji prosesi bilmək
  • Orta ixtisas təhsili və ya ekvivalent təlim, və ya orta ixtisas təhsilinə bərabər tutula bilən staj müddəti (sahə üzrə)
  • Şifahi və yazılı ünsiyyət bacarıqları
  • Komandada işləmə bacarığı
  • Diqqətlilik
  • Məsuliyyətlilik

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →