İşin təsviri
- Elektrik sistemlərinin düzgün işləməsini təmin etmək üçün mütəmadi elektrik əməliyyatlarını yerinə yetirmək;
- Elektrik istehsalı və paylanması proseslərinin davamlılığını təmin etmək və nəzarət etmək;
- Elektrik sistemlərində baş verən qəza və nasazlıqlar zamanı təcili tədbirlər görmək;
- Elektrik istehsalı, istehlakı və sistem performansı ilə bağlı məlumatları toplamaq, analiz etmək və hesabatlar hazırlamaq;
- Elektrik təsərrüfatının vəziyyətini müvafiq supervizorlarla mütəmadi müzakirə etmək və lazımi məlumatları ötürmək;
- Elektrik şəbəkələrinin idarə edilməsi üçün müvafiq proqram və sistemlərdən istifadə etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya peşə təhsili;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Elektrik şəbəkələrinin strukturu, iş prinsipləri və müvafiq avadanlıqlar haqqında biliyə sahib olmaq;
- Elektrik şəbəkələrinin idarə edilməsi üçün müvafiq proqramlar və sistemlərlə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı.