İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif tip tərəzilərdə yüklərin çəkilməsi, onların xarici görnüşünün və qablaşdırılmasının yoxlanılması
- Yükün çəkisi, adı və xüsusiyyətlərinin sənədlərlə uyğunluğunun yoxlanılması
- Çatışmazlıq və zədələnmə hallarında aktların tərtibi və sənədlərin rəsmiləşdirilməsi
- Çəkilmiş yüklərin uçotunun aparılması
- Tərəzilərin düzgün işləməsinə nəzarət və onlara qulluq
- Yüklərin tərəziyə yerləşdirilməsində iştirak və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Təhlükəsizlik və qaydalar:
- Fərdi mühafizə vasitələrindən istifadə
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın qaydalarına riayət
- Kimyəvi maddələrlə işləyərkən xüsusi tədbirlərin görülməsi
- Təhlükəli halların dərhal bildirilməsi
- İş yerinin təmiz və nizamlı saxlanılması
- Avadanlığın texniki vəziyyətinin yoxlanılması
- SƏTƏM təlimlərində iştirak və qaydaların tətbiqi
Tələblər
Tələblər:
- Təhsil: Ali və ya orta ixtisas
- Təcrübə: Minimum 1 il
- Dil biliyi: Azərbaycan dili
- Kompüter bilikləri: Windows və MS Office
Bacarıqlar və biliklər:
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı
- Yüklərin növləri, çeşidləri və təsnifatı
- Tərəzilərin quruluşu, işləmə qaydası və yük limiti
- Çəkmə, yerləşdirmə, yükləmə və mühafizə qaydaları
- Nəqliyyat vasitələrinin növləri və yük qaldırma qabiliyyəti
- Çəkilmiş yüklərin hesablanması və sənədləşdirilməsi qaydaları
Qaydalar:
- Daxili əmək intizamı
- Təhlükəsizlik texnikası
- İstehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları