İşin təsviri
Təsvir
- Lotlar üzrə müxtəlif tələf növlərini adına görə çeşidləmək ve düzgün qablaşdırmaq;
- Hava kanalları və toz otaqlarının qrafikə uyğun təmizliyini təmin etmək ve çıxarılan tozları çeşidinə görə qablaşdırmaq;
- Pres sahəsində presə veriləcək tələfi və təkrar emalı düzgün bölmək;
- Hazır kiplərin çeşidinə görə düzgün qeyd etmək,presləmə və transportirovka zamanı təhlükəsizlik tədbirlərinə riayət etmək;
- Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərliyə məlumat vermək;
- Maşın və avadanlıqlara qulluq etmək,təmiz saxlamaq;
- Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
- Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması.
Tələblər
1.Təhsil / təlim
Orta təhsil
2.Təcrübə (sahə və idarəetmə)
Müvafiq sahədə ən az 1 il iş təcrübəsi (arzuolunandır)
3.Texniki biliklər
Arzu olunandır.
4.Komputer bilikləri
Tələb olunmur.
5.Səriştə və bacarıqlar
Komandada işləmə bacarığı;
Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
Məsuliyyətlilik;
Düzgünlük;
Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.