Vakansiya haqqında
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırmasını icra etmək;
- Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirmək;
- Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsini yerinə yetirmək və sonluqların lehimlənərək istifadəyə yararlı vəziyyətə gətirmək;
- Tələb olunan elektrik kabeli, naqil və s. elektrik cihazlarını, qurğuları quraşdırmaq;
- Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirmək;
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək
Tələblər
- Təhsil: müvafiq sahə üzrə peşə təhsili;
Bilməlidir:
- Əməyin mühafizəsi üzrə qaydaları və normaları;
- Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri;
- Elektrik avadanlıqlarının təmiri üzrə çilingərlərin avadanlıqlar üzrə əsas məlumatları;
- Elektrik məftillərinin hazırlanması, birləşdirilməsi, izolə edilməsi və lehimlənməsi yollar və üsulları;
- Elektrotexniki və izolyasiya materiallarının əsas növləri, xüsusiyyətləri və təyinatını ilə bağlı bilgilər.
Əlavə məlumat
- Təhsil: Peşə təhsili
Oxşar elanlar
- Elektrik (Kip avtomatika)Mətanət A · 29 oktyabr 2026
- İnzibati işlər üzrə elektrikİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 14 oktyabr 2026
- İstismar xidmətləri üzrə texnik (elektrik)PASHA Property Management · 22 oktyabr 2026
- Elektrik mühəndisiAzərbaycan Dəmir Yolları · 20 oktyabr 2026
- Aparıcı elektrikFoton · 16 oktyabr 2026
- Elektrik(Şirvan şəhəri)Prime Cotton · 22 oktyabr 2026