İşin təsviri
Təsvir
- Traktorların mühərrik, transmissiya, hidravlik, əyləc, elektrik və digər sistemlərinin diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
- Nasazlıqların vaxtında aşkarlanması, səbəblərinin düzgün təhlili və aradan qaldırılması;
- Müxtəlif traktor və kənd təsərrüfatı texnikası növləri üçün planlı texniki baxış və servis işlərinin icrası;
- Pambıq yığım mövsümündə və digər aqrotexniki işlər zamanı texnikaların dayanıqlı və fasiləsiz işləməsini təmin etmək;
- Texniki köməkçilərlə birgə işləmək, görülən işləri izah etmək və onların peşə biliklərinin inkişafına dəstək olmaq;
- Təmir və texniki xidmət prosesində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;
- Görülmüş işlər barədə müvafiq qeydlərin aparılması və birbaşa rəhbərə vaxtında hesabat verilməsi.
Tələblər
- Müvafiq sahədə (traktor və kənd təsərrüfatı texnikasının təmiri üzrə) 2 il iş təcrübəsi;
- Sahə üzrə ali təhsil (aqrar, mühəndislik, mexanika və ya əlaqəli ixtisaslar) üstünlükdür;
- Traktorların mühərrik, transmissiya, elektrik və mexaniki sistemləri üzrə nəzəri və praktiki biliklər;
- Təmir və diaqnostika avadanlıqlarından sərbəst istifadə bacarığı;
- Aqrotexniki işlər (pambıq yığım, daşınma və torpaq becərilməsi) barədə anlayış arzuolunandır;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
- Komandada işləmək və əməkdaşlıq bacarığı;
- Təhlükəsizlik qaydalarına əməl etmək və əməyin mühafizəsini təmin etmək.