İşin təsviri
- Sahədə əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və müvafiq standartlara riayət olunmasına nəzarət etmək, onların icrasını təmin etmək.
- Məhsul yığımı və daşınması proseslərini təşkil etmək, işlərin vaxtında və səmərəli yerinə yetirilməsinə nəzarət etmək.
- Sahə işçilərinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü həyata keçirmək və icra prosesinə nəzarət etmək.
- Vəzifə tapşırıqlarını planlaşdırmaq, iş prosesini təşkil etmək və tapşırıqların müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etmək.
- Sahədə texnika və işçi heyətinin düzgün və təhlükəsiz yerləşdirilməsini təmin etmək, iş prosesində yarana biləcək riskləri müəyyənləşdirmək və onların qarşısını almaq.
- Əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə müvafiq təhlükəsizlik tədbirləri və strategiyaları hazırlamaq, tətbiq etmək və icrasına nəzarət etmək.
- Etik davranış standartlarına, şirkətdaxili prosedur və qaydalara, habelə əmək intizamı tələblərinə riayət olunmasını təmin etmək.
- Bütün əməkdaşlar üçün sağlam və təhlükəsiz iş mühitinin yaradılması və qorunması məqsədilə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) tələblərinin icrasına nəzarət etmək.
- Bilavasitə rəhbər tərəfindən verilən digər xidməti tapşırıqları və layihələri müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə icra etmək.
Tələblər
- Müvafiq təhsili; ali və orta ixtisas təhsil üstünlükdür.
- Müvafiq sahə üzrə minimum 1-2 il praktiki təcrübə;
- Dil bilikləri: Azərbaycan dili;
- Sürücülük vəsiqəsi: “ B “ kateqoriya;
- Komandada işləmə bacarığına sahib olmaq;
- Məsuliyyətli və dəqiq olmaq;
- Təşkilatçılıq və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı.