İşin təsviri
- Zavodun enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq energetikə məruzə etmək;
- Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil etmək;
- Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında energetikə məlumat vermək;
- Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
- Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
- Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;
- Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
- Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;
- Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;
- Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.
Tələblər
Təhsil: Ali və ya orta ixtisas
Təcrübə: 1 il
Dil bilikləri: Azərbaycan dili
Texniki bilikləri:
- Enerji avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini, iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir.
- Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.