İşin təsviri
- Məhsulun qəbulu zamanı keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə müvafiq analizlər aparmaq.
- Silolardan götürülən məhsul nümunələri üzrə həftəlik analizlər həyata keçirmək, temperatur, rütubət və digər keyfiyyət göstəricilərinə nəzarət etmək.
- Məhsulda az miqdarda zərərverici aşkar edildikdə, müvafiq təhlükəsizlik tələblərinə uyğun olaraq silolarda yüngül fumiqasiya prosedurlarını həyata keçirmək.
- Məhsulun satışı zamanı keyfiyyət göstəriciləri və analiz nəticələri barədə dəqiq və etibarlı məlumatların təqdim olunmasını təmin etmək.
- Birbaşa rəhbər tərəfindən şöbənin fəaliyyəti ilə bağlı verilən digər tapşırıqları və layihələri icra etmək.
- Əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) qaydalarına ciddi əməl etmək, təhlükəsiz iş mühitinin təmin olunmasına töhfə vermək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Orta ixtisas və ya peşə təhsili.
- Kompüter bilikləri.
- Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilməsi və nümunələrin analizi üzrə ilkin biliklərə malik olmaq üstünlükdür.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı.