İşin təsviri
Təsvir
- Üçüncü tərəflər (təchizatçılar, podratçılar, distribütorlar və s.) üzrə Due Diligence yoxlamalarının aparılmasını və risk qiymətləndirilməsini həyata keçirmək;
- Maraqlar toqquşması (Conflict of Interest) bəyanatlarının nəzərdən keçirilməsini və risklərin təhlilini aparmaq;
- Etika qaynar xətti (Hotline) vasitəsilə daxil olan müraciətlərin araşdırılmasını və sənədləşdirilməsini həyata keçirmək;
- Potensial korrupsiya, saxtakarlıq, sui-istifadə və digər etika pozuntuları üzrə ilkin araşdırmaların aparılmasını təmin etmək;
- Yüksək riskli hallarla bağlı rəhbərliyə risk və nəzarət tədbirləri üzrə tövsiyələrin verilməsini həyata keçirmək;
- ISO 37001 tələblərinin tətbiqində və davamlılığının təmin edilməsində iştirak etmək;
- Etika və Komplayens siyasətlərinin, prosedurlarının və nəzarət mexanizmlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;
- Müvafiq reyestrlərin (Due Diligence Register, CoI Register, Related Party Register və s.) idarə olunmasını təmin etmək;
- Daxili audit, İnsan Resursları, Risk və Hüquq funksiyaları ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Komplayns monitorinqlərinin aparılmasını və rəhbərlik üçün hesabatların hazırlanmasını həyata keçirmək;
- İşçilər üçün etika və komplayens təlimlərinin təşkilini və keçirilməsini təmin etmək.
Tələblər
- Hüquq, maliyyə, audit, risk menecmenti və ya digər uyğun sahə üzrə ali təhsil;
- Komplayns, audit, risk, daxili nəzarət və ya araşdırma sahəsində minimum 5 il iş təcrübəsi;
- Due Diligence, maraq toqquşması və daxili araşdırmalar üzrə praktiki təcrübə;
- Analitik düşünmə və riskləri müəyyən etmə bacarığı;
- Müstəqil qərarvermə və biznes funksiyalarını challenge etmək bacarığı;
- Hesabat və rəy hazırlama bacarığı;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Komplayns, etika, korrupsiyaya qarşı mübarizə, daxili audit və ya risk menecmenti sahələrində peşəkar sertifikatların olması arzuolunandır.
- Yüksək etik standartlara sahib olmaq
- Diqqətlilik və detallara həssas yanaşma;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Çətin məsələlərdə mövqe ortaya qoya bilmək və arqumentlərlə əsaslandırmaq bacarığı.