İşin təsviri
Təsvir
- UBank mobil bankçılıq tətbiqinin yeni funksionallıqlarının dizaynı, hazırlanması və dəstəklənməsi;
- Modulyar (Modular) arxitekturanın qurulması və təkmilləşdirilməsi, kod keyfiyyətinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
- Komanda daxilində kod review-ların aparılması;
- Junior və Middle developerlərə texniki mentorluğun göstərilməsi;
- Tətbiqin performans və stabillik göstəricilərinin (yüklənmə müddəti, çökmə (crash) faizi və s.) izlənilməsi və optimallaşdırılması;
- CI/CD proseslərinin qurulması və avtomatlaşdırma həllərinin dəstəklənməsi;
- Məhsul, dizayn və backend komandaları ilə sıx əməkdaşlıq edilməsi, texniki həllərin müzakirə olunması;
- Texniki qərarların qəbulunda iştirak, arxitektura standartlarının müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
- Təhlükəsizlik tələblərinə (bankçılıq standartlarına) uyğun kod yazılmasının təmin edilməsi.
Üstünlük:
- Rahat və müasir iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
- iOS development sahəsində minimum 5 il iş təcrübəsi;
- Swift proqramlaşdırma dilində dərin biliklər;
- UIKit və SwiftUI texnologiyaları ilə praktiki iş təcrübəsi;
- Arxitektura yanaşmalarını (MVVM, Clean Architecture, Modular Architecture) bilmək və tətbiq etmək bacarığı;
- Multithreading və Async/Await mövzularında yüksək səviyyədə bilik və təcrübə;
- REST API, JSON və Network Layer qurulması üzrə təcrübə;
- Git və komanda iş prosesləri (Code Review, Branching Strategy və s.) ilə işləmək bacarığı;
- CI/CD alətləri (GitLab CI, Fastlane və s.) ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Unit Test və UI Test-lərin yazılması üzrə təcrübə;
- Avtomatlaşdırma alətləri (məsələn, Tuist) ilə tanışlıq üstünlükdür;
- App Store yerləşdirmə və idarəetmə prosesləri üzrə biliklər;
- Analitik düşüncə tərzi, problem həll etmə bacarığı və komandada işləmək qabiliyyəti;
- İngilis dilini texniki sənədləri oxuyub başa düşə biləcək səviyyədə bilmək.