İşin təsviri
- Mexaniki avadanlıqların texniki baxışını, diaqnostikasını, təmirini və sazlanmasını həyata keçirmək;
- Avadanlıqların quruluşunu və iş prinsipini bilmək və texniki nasazlıqları müəyyən etmək;
- Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və operativ şəkildə aradan qaldırmaq;
- Nasos, reduktor, mühərrik, mexaniki ötürücü və digər sənaye avadanlıqlarının texniki xidmətini həyata keçirmək;
- Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrin dəyişdirilməsi və quraşdırılmasını həyata keçirmək;
- Texniki çertyojları, sxemləri və avadanlıq pasportlarını oxumaq və onlardan iş prosesində istifadə etmək;
- Ştangençirkul, mikrometr və digər ölçü alətlərindən düzgün istifadə etmək;
- Preventiv texniki xidmət (PM) işlərini müəyyən edilmiş qrafik və prosedurlara uyğun həyata keçirmək;
- Təmir və texniki xidmət zamanı istifadə olunan əl və ölçü alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
- Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlərin aparılmasını təmin etmək;
- Avadanlıqların etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə texniki tədbirlər həyata keçirmək;
- Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- İşlərin müəyyən edilmiş prosedur və standartlara uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.
Tələblər
- Ali və ya orta ixtisas texniki təhsil;
- Mexanika, maşınqayırma, mexatronika və ya əlaqəli sahə üzrə biliklər;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Sənaye avadanlıqlarının, nasosların, reduktorların, mühərriklərin və mexaniki ötürücülərin iş prinsipləri üzrə biliklər;
- Mexaniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi üzrə praktiki bacarıqlar;
- Texniki çertyoj, sxem və avadanlıq pasportlarını oxumaq bacarığı;
- Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrlə işləmək bacarığı;
- Preventiv texniki xidmət (PM) prinsipləri üzrə biliklər;
- Ölçü və əl alətlərindən düzgün istifadə etmək bacarığı;
- Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı;
- Fiziki işlərə uyğunluq və istehsalat şəraitində işləmək bacarığı.