Məzmuna keçin
Agrotrade Supply MMC yerləşdirilib

"Azər Yem Sənaye" MMC-nin Direktoru

Şəhər
Balakən
İş növü
Tam iş günü

Vakansiya haqqında

“AzərYem Sənaye MMC" yem istehsalı sahəsində mövqeyini gücləndirmək və növbəti inkişaf mərhələsinə keçmək üçün güclü lider axtarır. Direktor şirkətin strateji istiqamətini müəyyənləşdirəcək, istehsal və əməliyyat fəaliyyətini idarə edəcək, maliyyə nəticələrinin yüksəldilməsinə və biznesin dayanıqlı böyüməsinə birbaşa cavabdeh olacaq.

Biz təklif edirik

Şirkətin inkişafına birbaşa təsir göstərmək imkanı verən strateji rəhbər vəzifə

Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi

Tibbi sığorta, nəqliyyat və digər sosial təminatlar

Peşəkar inkişaf və uzunmüddətli karyera perspektivi

Tələblər

  • Əsas məsuliyyət sahələri
  • Strateji idarəetmə və biznesin inkişafı
  • Şirkətin strateji hədəflərini ölçülə bilən əməliyyat planlarına, KPI-lara və büdcəyə çevirmək, onların icrasını təmin etmək
  • Yeni inkişaf imkanlarını müəyyənləşdirmək, biznes təkliflərini və investisiya layihələrini hazırlayıb İdarə Heyətinə təqdim etmək
  • İdarə Heyətinə şirkətin fəaliyyəti barədə müntəzəm, şəffaf və təhlilə əsaslanan hesabatlar vermək
  • İstehsal və əməliyyat mükəmməlliyi
  • Yem istehsalının bütün mərhələlərini idarə etmək, istehsal güclərindən maksimum səmərə ilə istifadəni və avadanlıqların fasiləsiz işini təmin etmək
  • Məhsul keyfiyyətinin və texnoloji proseslərin müəyyən edilmiş standartlara tam uyğunluğuna zəmanət vermək
  • Xammal tədarükü, saxlanması və hazır məhsul ehtiyatları üzrə effektiv idarəetmə sistemi qurmaq
  • Xərclərin optimallaşdırılması, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə davamlı təkmilləşdirmə proqramları həyata keçirmək
  • Maliyyə idarəetməsi
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə, büdcə intizamına və maliyyə öhdəliklərinin vaxtında icrasına nəzarət etmək
  • Gəlirliliyi və pul vəsaitlərinin hərəkətini yaxşılaşdırmağa yönəlmiş qərarlar qəbul etmək
  • Liderlik və komandanın inkişafı

Üstünlük hesab olunur

  • MBA üstünlük sayılır

Oxşar elanlar

Bütün Balakən vakansiyaları →