Məzmuna keçin
Agrotrade Supply MMC yerləşdirilib

Qazanxana Operatoru (Balakən)

Şəhər
Balakən

Vakansiya haqqında

  • Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
  • İstilik və ya buxar istilik sistemləri daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun tempraturuna nəzarət edilməsi;
  • Nasos, mühərrik, pompa və digər mexanizmlərin iş fəaliyyətinə hakim olunması, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi;
  • Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
  • Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması və təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
  • Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;
  • Sexlərin, sahələrin, qurğuların sanitar-texniki vəziyyətini pasportlaşdırması və onlara nəzarətin həyata keçirməsi;
  • Müəssisə daxili qaydalara riayət olunmasına nəzarət etməsi;
  • Yanğın zamanı yaxınlıqdakı yanğından mühafizə hissəsinə zəng vurması;
  • Çağrılan xüsusi xidmətlərin hadisə yerinə gəlib çatma vaxtının qısaldılması üçün zəruri tədbirlər görməsi;
  • Təhlükə olduğu halda İnsanları zərərli qazlar və buxarlarla əhatə olunmuş ərazilərdən uzaqlaşdırması və yönümdə tədbirlərin görülməsı;
  • Operator xüsusi geyim, ayaqqabı və mühafizə vasitələrindən istifadə etməli;
  • Operator vaxtlı vaxtında tibbi müayinədən keçməli;

Tələblər

  • Təhsil: Orta, Orta ixtisas, peşə təhsili
  • İş təcrübəsi: 1-3 il
  • Gecə növbəsində işləmək

Oxşar elanlar

Bütün Balakən vakansiyaları →