TuranBank ASC yerləşdirilib
Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)
- Şəhər
- Bakı
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Biznes problemlərinin analitik məsələlərə çevrilməsi;
Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması;
SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi;
Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi;
Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak.
Tələblər
- Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil
- SQL üzrə yüksək səviyyədə biliklər
- Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı
- Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər
- Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları
- Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı
- Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı
- İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində)
Üstünlük hesab olunur
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi
- Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər
- Data anbarı və data modelləri üzrə biliklər
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · Dünən
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · Dünən
- Project HSE CoordinatorIRES · Dünən
- Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssisTuranBank ASC · Dünən
- Shift Leader – Petroleum LaboratoryIRES · Dünən
- Elektrik Mühəndisi (Pano İstehsalı)Amper Elektrik · Dünən