Vakansiya haqqında
Öhdəliklər
Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak edilməsi;
Məlumatların keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi;
Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və inkişaf etdirilməsi;
Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak edilməsi;
Məlumatların keyfiyyəti ilə bağlı problemlərin müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi;
Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi;
Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin təmin edilməsi.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “ İşə Qəbul Portalı ”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Tələblər
- İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil
- Data idarəetməsi (Data Governance), Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş təcrübəsi
- Məlumatların idarə edilməsi prinsipləri, məlumatların keyfiyyəti və metadata anlayışları üzrə biliklər
- SQL vasitəsi ilə məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər
- Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış
- Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı
- Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq bacarığı
- İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində
Üstünlük hesab olunur
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi
- Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi
- DAMA-DMBOK çərçivəsi və ya digər data menecement metodologiyaları haqqında biliklər
- Data Governance alətləri haqqında biliklər
- Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · Dünən
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · Dünən
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · Dünən
- Project HSE CoordinatorIRES · Dünən
- Shift Leader – Petroleum LaboratoryIRES · Dünən
- Elektrik Mühəndisi (Pano İstehsalı)Amper Elektrik · Dünən