Anbar əməliyyatları üzrə operator (Mebel anbarı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhsulların qəbulu və yoxlanılmasına nəzarətin edilməsi;
  • Məhsulların növlərinə görə səliqə ilə anbarda yığılmasının təmin edilməsi;
  • Qüsurlu məhsulların aktlaşdırılması və struktur rəhbərinə məlumatın verilməsi;
  • Müvafiq proqram vasitəsi ilə məhsulların uçotunun aparılması;
  • Anbardan çıxan məhsulların təhvil-təslim qaydalarına uyğun olaraq aparılması;
  • Anbarda yararsız hala düşən məhsullar barəsində struktur rəhbərinin məlumatlandırılması;
  • Həftəlik və aylıq olaraq anbar sayımının aparılması və uyğunsuzluq aşkar etdikdə struktur rəhbərinə məlumatın verilməsi

Tələblər

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi;
  • Etibarlılıq və dürüstlük;
  • Detallara diqqət;
  • 1C, Micro Fly və MS Excel proqramıları ilə işləmə bacarığının olması;
  • Azərbaycan dili (səlis), Rus dili (arzuolunan);
  • Dəqiq və məsuliyyətlilik.