İşin təsviri
- Yataq tipli sərnişin vaqonunun qızdırılmasına cavabdehdlik;
- Vaqonu qəbul edərkən vaqonda sobanı yandırmaq, səfər müddətində lazım olan miqdarda odunun və daş kömürün vaqonda olmasını yoxlamaq;
- Sobanın yandırılması üçün istifadə olunan alətlərin mövcudluğunu yoxlamaq;
- Marşrut boyu vaqonlarda hərarətin normaya uyğun saxlanılmasını təmin etmək;
- Yol boyu və son məntəqədə sobanın işləməsinə nəzarət etmək;
- Səfər başa çatdıqdan sonra sobanı təmizlənmiş vəziyyətdə növbəyə təhvil vermək;
- Vaqonda olan qızdırıcı sistemləri vaxtaşırı yoxlamaq;
- Qış mövüsüm başa çatdıqdan sonra ilin digər aylarında xidmət rəisinin tapşırığına əsasən, digər yardımçı işlərə də cəlb edilərək dəstək göstərilməsini həyata keçirmək.
Tələblər
- Təhsil: Ümumi orta təhsil;
- Birbaşa rəisinin verdiyi tapşırıqlara əməl etmək;
- Qanunvericiliklə nəzərəd tutulan texniki təhlükəsizlik qaydalarına əməl etmək;
- Nəticəyönümlülük;
- Peşəkar ehtiyatlılıq.