Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Yeni tərəfdaşların axtarışı, potensial əməkdaşlıq imkanlarının araşdırılması və işgüzar görüşlərin təşkili;
Brendin tanıdılması və bazarda mövqeyinin gücləndirilməsi üçün kreativ marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi;
Tədbir, festival, promoaksiya və digər marketinq aktivliklərinin planlaşdırılması və təşkilində iştirak;
Şirkətin tədbirlərdə və tərəfdaş görüşlərində peşəkar şəkildə təmsil olunması;
Sponsorluq, barter və digər əməkdaşlıq layihələri üzrə təkliflərin hazırlanması və danışıqların aparılması;
Yeni biznes və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
Sosial media trendlərinin izlənilməsi və uyğun ideyaların real marketinq layihələrinə çevrilməsi;
Bir neçə layihənin paralel idarə edilməsi və icrasına nəzarət.
İş şəraiti:
Dinamik və inkişafyönümlü iş mühiti;
Kreativ ideyaların həyata keçirilməsi və yeni layihələrdə iştirak imkanı;
Peşəkar inkişaf və yeni əməkdaşlıqlar qurmaq fürsəti.
Iş rejimi: 5 günlük, 09.00-18.00
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Qeyd: Müvafiq sahədə təcrübəsi olmayan, lakin yüksək motivasiyaya, təşəbbüskarlığa, güclü kommunikasiya bacarığına və kreativ düşüncəyə malik namizədlərin müraciətləri də nəzərdən keçiriləcəkdir.
CV-nizi mövzu hissəsində “Brand Activation & Partnerships Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Kreativ və strateji düşünmə qabiliyyəti
- Yüksək təşkilatçılıq və koordinasiya bacarığı
- Problem həll etmə və operativ qərarvermə qabiliyyəti
- Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- Görüşlərdə, tədbirlərdə və sahə fəaliyyətlərində aktiv iştirak etməyə hazır olmaq
Üstünlük hesab olunur
- İngilis və rus dillərini bilmək üstünlükdür
- Marketinq, PR, satış və ya Event Management sahəsində iş təcrübəsi
- Tərəfdaşlıq, sponsorluq və barter layihələri üzrə təcrübə
- Tədbir, festival və promoaksiyaların təşkilində iştirak
- Sosial media və rəqəmsal marketinq trendləri haqqında məlumatlılıq
Oxşar elanlar
- Marketinq üzrə menecerBalique 2023 Ltd MMC · Bu gün
- Müştəri sorğuları arxa ofis şöbəsinin Əməliyyatların araşdırılması və icrası qrupunun Kiçik mütəxəssisiPasha Bank · Bu gün
- SMM MütəxəssisiSuper Toys · Dünən
- Rəqəmsal Marketinq mütəxəssisi (targetoloq)Qalan AZ · Dünən
- GEO & SEO MütəxəssisiSuper Toys · Dünən
- SMM Bölmə Rəhbəri (TikTok)Super Toys · Dünən