Məzmuna keçin
Super Toys yerləşdirilib

SMM Mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj edilməsi;

Reels, TikTok və Stories formatında kreativ videoların hazırlanması;

Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video vasitəsilə təqdim edilməsi;

TikTok və Instagram hesablarında canlı yayımların (LIVE) açılması və idarə edilməsi;

Canlı yayımlar zamanı məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;

Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə çevirmək;

Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və ssenarilərin hazırlanmasında iştirak etmək;

Hazırlanan kontentlərin vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.

İş şəraiti

İş qrafiki: 6 günlük iş həftəsi;

İş yeri: Bakı;

Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;

Dinamik və yaradıcı komandada işləmək imkanı.

Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!

Mobiloqrafiya və ya SMM kursunu bitirib lakin təcrübəsi olmayan namizədlər də müraciət edə bilər.

Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət üçün CV və varsa, çəkdiyin və montaj etdiyin video nümunələrini göndər.

Tələblər

  • Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini bilmək
  • Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı
  • CapCut və ya digər montaj proqramlarında işləmək bacarığı
  • TikTok və Instagram LIVE funksiyalarından istifadə təcrübəsi
  • Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək bacarığı
  • Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq
  • Komanda ilə işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →