Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Ərazi kollektorlarının (operatorların) işinin düzgün təşkili və koordinasiyası
  • Kollektor komandası üçün günlük tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət
  • Velosiped və skuterlərin şəhər dayanacaqlarında düzgün sayda yerləşdirilməsinin təşkili və gün ərzində nəzarətdə saxlanılması
  • Velosiped və skuterlərin gündəlik texniki baxışının təmin olunması və texniki nasazlıqların vaxtında yönləndirilməsi
  • Günlük əməliyyat proseslərinin izlənilməsi və hesabatların hazırlanması
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət keyfiyyətinə nəzarət
  • Yeni iş proseslərinin hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi
  • Komanda intizamının və iş keyfiyyətinin qorunmasına nəzarət

Tələblər:

  • Təşkilatçılıq və idarəetmə bacarıqları
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Operativ qərarvermə və dinamik iş mühitində çalışma bacarığı
  • Yüksək səviyyədə şəxsi məsuliyyət və komanda ilə işləmə bacarığı
  • İş yükünü effektiv idarə etmə bacarığı
  • MS Excel və kompüter bilikləri
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür
  • Logistika, əməliyyat və ya koordinasiya sahəsində təcrübə vacibdir
  • Şəhəri yaxşı tanımaq üstünlükdür

İş vaxtı: Gecə növbəsi, növbəli iş rejimi – 2 gün iş, 2 gün istirahət, 21.00-09.00

Əmək haqqı: müsahibə zamanı müzakirə olunacaq

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi email-in mövzu hissəsinə “Koordinator” yazaraq hr@apar.az elektron poçt ünvanına göndərmənizi xahiş edirik CV-siz müraciətlərə baxılmayacaq