Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Libraff” MMC komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli 1C Operatoru axtarır.

Vəzifə öhdəlikləri

  • Malların və məhsul məlumatlarının 1C proqramına daxil edilməsi;
  • Alış, satış, yerdəyişmə və digər anbar əməliyyatlarının 1C sistemində işlənməsi;
  • Elektron qaimə-fakturaların və ilkin sənədlərin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi;
  • Anbar qalığı və məhsul hərəkətləri üzrə məlumatların düzgünlüyünə nəzarət;
  • Məhsul məlumatlarının və qiymət dəyişikliklərinin sistemdə vaxtında yenilənməsi;
  • Müvafiq hesabatların hazırlanması;
  • Digər şöbələrlə koordinasiyalı işləmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.

Namizədə tələblər

  • Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • 1C proqramı ilə iş təcrübəsi mütləqdir;
  • minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Analitik düşünmə və komandada işləmək bacarığı.

İş şəraiti

  • 5 günlük iş qrafiki;
  • Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “1C Operatoru” qeyd etməklə human.resources@libraff.az elektron ünvanına göndərə bilərlər.