İşin təsviri
Rəqəmsal məhsulların inkişafını idarə edəcək, istifadəçi ehtiyaclarını biznes məqsədləri ilə uyğunlaşdıracaq və məhsulun inkişaf prosesini koordinasiya edəcək Product Owner axtarırıq.
Əsas vəzifələr:
- Məhsul strategiyasının və inkişaf planının hazırlanmasında iştirak etmək;
- İstifadəçi ehtiyaclarını və biznes tələblərini analiz edərək məhsul tələblərini formalaşdırmaq;
- Product Backlog-u idarə etmək, tapşırıqları prioritetləşdirmək və Product Roadmap hazırlamaq;
- User Story, Acceptance Criteria, proses axınları (Flow) və texniki tapşırıqlar hazırlamaq;
- Development komandası ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasını təmin etmək;
- Məhsul metrikalarını izləmək, analiz etmək və nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq;
- UX/UI prinsiplərini nəzərə alaraq istifadəçi təcrübəsinin yaxşılaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Marketing, Customer Support, Operations və digər daxili komandalar, həmçinin vendorlarla effektiv əməkdaşlıq qurmaq;
- Məhsulun inkişaf mərhələlərini izləmək və layihələrin vaxtında icrasını təmin etmək.
Tələblər:
- Məhsul idarəçiliyi, biznes analitika və ya rəqəmsal məhsullar sahəsində minimum 2 il iş təcrübəsi;
- Mobil tətbiq, marketplace, fintech, mobility və ya oxşar rəqəmsal məhsullarla iş təcrübəsi;
- İstifadəçi ehtiyaclarını analiz etmək, məhsul tələblərini formalaşdırmaq və onları texniki komandaya aydın şəkildə ötürmək bacarığı;
- Product Backlog-un idarə olunması, prioritetləndirmə və Product Roadmap hazırlanması üzrə təcrübə;
- User Story, Acceptance Criteria, Flow və texniki tapşırıqların hazırlanması üzrə bilik;
- Mobil tətbiqlərin UX/UI prinsipləri və istifadəçi davranışları barədə anlayış;
- API inteqrasiyaları, ödəniş sistemləri və abunəlik modelləri üzrə ümumi bilik;
- Data əsaslı qərarvermə, məhsul metrikalarının təhlili və nəticələrə əsasən təkmilləşdirmə təklifləri hazırlamaq bacarığı;
- Development, Marketing, Customer Support, Operations və digər komandalarla effektiv əməkdaşlıq bacarığı;
- Problemləri sistemli analiz etmək və istifadəçi təcrübəsini yaxşılaşdıracaq həllər təklif etmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və nəticəyönümlü olmaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulların inkişafında iştirak etmək imkanı;
- Karyera və peşəkar inkişaf perspektivi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Product Owner” qeyd etməklə hr@apar.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.