İşin təsviri
- Yerli Struktur Bölmələrin (filiallar) fəaliyyətinin koordinasiyasında iştirak etmək və daxil olan sorğuların icrasını təşkil etmək;
- Müştəri Xidməti Strukturlarının maliyyə və biznes göstəricilərini (kredit portfeli, depozit portfeli, müştəri sayı, satış nəticələri və s.) təhlil etmək, nəticələr əsasında dövri analitik hesabatlar hazırlamaq;
- Müştəri Xidməti Strukturlarının işçi, maddi-texniki və digər əməliyyat ehtiyaclarının müəyyənləşdirilməsi və həllinin koordinasiyasında iştirak etmək;
- Müştəri Xidməti Strukturlarının fəaliyyətinə dair təqdimatlar, arayışlar və digər məlumat xarakterli sənədlər hazırlamaq;
- Vəzifə öhdəliklərindən irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsinin təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
- Bank sektorunda müvafiq iş təcrübəsi;
- Analitik düşünmə, maliyyə və biznes göstəricilərini təhlil etmək və nəticələr əsasında hesabatlar hazırlamaq bacarığı;
- Hazırlanmış hesabatlar əsasında təqdimatlar hazırlamaq bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Kreativlik, təşəbbüskarlıq və operativlik.