Vakansiya haqqında
ASEL KREDİT BOKT olaraq filiallarımız üçün Kredit Mütəxəssisi vəzifəsinə təcrübəli əməkdaşlar axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması;
Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi;
Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili;
Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Kredit portfelinin idarə olunması və monitorinqi;
Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət;
Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak.
Əlavə üstünlük:
Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq ;
Həmin ərazidə müştəri bazasının olması;
Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək .
İş şəraiti
İş yeri: Naxçıvan, Cəlilabad
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi
- Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik
- Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı
- Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət
- MS Office proqramlarından istifadə bacarığı
Oxşar elanlar
- Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik mütəxəssis/Mütəxəssis (Naxçıvan filialı)Access Bank · 27 oktyabr 2026
- Satış Məsləhətçisi (Naxçıvan)Kontakt Home · 5 noyabr 2026
- Satış Məsləhətçisi (Filiallar)Irshad Electronics · 30 oktyabr 2026
- Bölgə müxbiri (Naxçıvan)İctimai Televiziya və Radio Yayımları Şirkəti · 26 oktyabr 2026
- Satış məsləhətçisi (Naxçıvan)Irshad Electronics · 26 oktyabr 2026
- Müştəri Xidmətləri üzrə mütəxəssis (Naxçıvan filialı)Access Bank · 20 oktyabr 2026