İşin təsviri
- Redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
- Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək;
- “kadrın” hazırlanması (tapşırılmış mövzü üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktor və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);
- “kadr+ sinxronun” hazırlanması (tapşırılmış mövzü üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktor və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);
- video materialın hazırlanması (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin edilməsinə məsuliyyət daşıyır;
- Müxbir mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasında məsuliyyət daşıyır.
- Çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsi;
- Gündəmə və çalışdığı struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olan mövzular təklif etmək;
- Xəbər və sujetlərin hazırlanması üçün mütəmadi olaraq xəbərləri izləmək;
- Çəkiliş bitdikdən sonra materialın arxivləşdirilməsi üçün Xəbərlər departamentinin arxivariusuna təhvil vermək.
Tələblər
- Müxbir qismində 1 il və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi;
- Müxbir üçün nəzərdə tutulmuş geyim koduna uyğun geyinmək;
- Adobe Premier proqramında işləmə bacarığı;
- Kamera qarşısında işləməyi bacarmalı;
- Geniş araşdırma bacarığına sahib olmalı;
- Ünsiyyət bacarıqlarına malik olmalı;
- Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı;
- Tələffüzün düzgün olması;
- Danışıqlar aparmaq bacarığı.