İşin təsviri
- Şirkətin logistika strategiyasını hazırlamaq, daxili və beynəlxalq daşınmaların effektiv idarə edilməsini təmin etmək;
- Xammal, avadanlıq və hazır məhsulların daşınma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək:
- Zavodlar, anbarlar və distribütorlar arasında məhsulların vaxtında və optimal xərclərlə çatdırılmasını təmin etmək;
- Logistika xərclərini təhlil etmək, daşınma tariflərini optimallaşdırmaq və xərclərin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;
- Beynəlxalq yükdaşımaları, idxal-ixrac əməliyatlarını, gömrük rəsmiləşdirilməsi və tranzit proseslərini koordinasiya etmək;
- Nəqliyyat şirkətləri, ekspeditorlar və digər logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, tarif danışıqlarını və müqavilə şərtlərini koordinasiya etmək;
- Şirkətin öz nəqliyyat vasitələrinin və cəlb olunmuş daşıyıcıların səmərəli istifadəsini təmin etmək;
- Daşınma marşrutlarını, nəqliyyat vasitələrinin yüklənmə səviyyəsini və çatdırılma qrafiklərini optimallaşdırmaq;
- İstehsalat, satış, satınalma, planlama və anbar şöbələri ilə logistika proseslərinin koordinasiyasını təmin etmək;
- Distribütor sifarişlərinin vaxtında vaxtında və tam həcmdə çatdırılmasını təşkil etmək, çatdırılma keyfiyyətinə nəzarət etmək;
- Zavod və anbarlarda yükləmə-boşaltma proseslərinin effektivliyini artırmaq, nəqliyyat vasitlərinin gözləmə müddətlərini minimuma endirmək;
- Logistika departamentinin illik büdcəsini hazırlamaq, xərclərin büdcəyə uyğunluğunu izləmək və kənarlaşmaları təhlil etmək;
- Logistika üzrə KPI göstəricilərini müəyyən etmək və onların icrasına nəzarət etmək (daşınma xərci/ton, vaxtında çatdırılma, nəqliyyat vasitələrinin doluluğu, gözləmə müddəti və s.);
- SAP ERP və digər logistika idarəetmə sistemlərinin tətbiqində iştirak etmək, proseslərin rəqəmsallaşdırılmasını və avtomatlaşdırılmasını təmin etmək;
- Daşınmalar zamanı yaranan gecikmələri, zədələnmələri, əlavə xərcləri və digər əməliyyat risklərini təhlil etmək, qabaqlayıcı tədbirlər görmək;
- Nəqliyyat və logistika əməliyyatlarının müvafiq qanunvericilik, təhlükəsizlik və daxili prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;
- Logistika departamentinin strukturunu, iş bölgüsünü və əməkdaşların fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;
- Logistika proseslərinin səmərəliliyini artırmaq məqsədilə yeni həllər hazırlamaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: minimum 5 il;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
- Kompüter bilikləri: MS Ofis proqramları;
Şəxsi keyfiyyətlər:
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Operativ və əsaslandırılmış qərarvermə qabiliyyəti;
- Danışıqlar aparmaq və tərəfdaşlarla effektiv əməkdaşlıq qurmaq bacarığı;
- Maliyyə göstəricilərini təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı;
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
- Böhran və gözlənilməz vəziyyətləri idarəetmə bacarığı;
- Departamentlərarası effektiv kommunikasiya və koordinasiya qabiliyyəti;
- Təşəbbüskarlıq, sistemli yanaşma və proseslərin davamlı təkmilləşdirilməsinə meyillilik.
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əməkhaqqı: Razılaşma yolu ilə;
- İş yeri: Luxen Plaza.