İşin təsviri

  • Agentliyin rəsmi sosial media hesabları üçün operativ, informativ və hədəf auditoriyasına uyğun mətnlərin, elanların, maarifləndirici postların və kampaniya materiallarının hazırlanması və redaktəsi;
  • Təsdiq olunmuş kontent planına uyğun olaraq mütəmadi, aktual və korporativ standartlara cavab verən məzmunun formalaşdırılması;
  • Agentliyin kommunikasiya strategiyasına və korporativ üslubuna uyğun mətnlərin tərtib edilməsi;
  • Xəbər, press-reliz, rəsmi açıqlama, bəyanat və digər kommunikasiya materiallarının hazırlanmasında iştirak;
  • Foto və video materiallar üçün uyğun rəsmi başlıq, sloqan, təsvir və ssenarilərin (maarifləndirici çarxlar və s.) hazırlanması;
  • Sosial media trendlərinin, auditoriya rəylərinin və rəqəmsal kommunikasiya dinamikasının izlənilməsi, yeni kontent ideyalarının təklif olunması;
  • Azərbaycan dilində hazırlanan bütün mətnlərin qrammatik, leksik və üslubi baxımdan tam düzgünlüyünün təmin edilməsi;
  • Zərurət yarandıqda mətnlərin Azərbaycan, ingilis və rus dillərində hazırlanması, tərcüməsi və adaptasiyası.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (Jurnalistika, Filologiya, İctimaiyyətlə əlaqələr, Hüquq, Humanitar və ya digər müvafiq sahələr üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahədə (kopirayter, jurnalist, redaktor və ya PR) ən azı 1 il iş təcrübəsi;
  • MS Office proqramları (Word, PowerPoint, Excel) və internet resursları ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq qabiliyyəti (Rus və ingilis dillərini bilmək üstünlükdür);
  • Səlis, rəsmi-işgüzar və yaradıcı yazı qabiliyyəti;
  • SMM və müasir rəqəmsal kommunikasiya prinsiplərini bilmək, müxtəlif auditoriyalar üçün eyni məzmunu fərqli formatlara uyğunlaşdırmaq bacarığı;
  • Məlumat toplamaq, araşdırma aparmaq, faktları və mənbələri dəqiq yoxlamaq bacarığı;
  • SEO üzrə baza biliklərinin olması ( üstünlükdür);
  • İcra olunmuş işlərdən/mətnlərdən ibarət portfolionun təqdim edilməsi (üstünlükdür);
  • Operativlik, məsuliyyətlilik, detallara diqqət, komandada işləmək və verilən tapşırıqları müəyyən olunmuş vaxt çərçivəsində dəqiq icra etmək bacarığı.